ŞOK: Bu ölkədə qızlara bakirə evlənmək qadağandır - FOTO

ŞOK: Bu ölkədə qızlara bakirə evlənmək qadağandır - FOTO Dünyanın müxtləlif ölkələrində fərqli toy adətlərinin olduğu hər kəsə məlumdur. Amma elə ölkələr var ki, onların toy adətləri eşidənləri şoka salır.

Missiya.Az oxucuları müxtəlif xalqların qeyri-adi toy adətləri ilə tanış edir:

Hindistanda toydan əvvəl gəlin və bəy üçün müqəddəs atəş yandırılır. Daha sonra alovun ətrafına stul qoyulur. Kim həmin stulda tez otursa, evdə onun sözünün keçəcəyinə inanırlar.

Həmçinin hind toyları 3 hissədən ibarətdir. Birinci hissə toy hazırlıqları və toy günündən əvvəl hazırlanan şənlikdən ibarət olur. Şənliklər bəyin yaxınlarının bir-birinə qaynayıb-qarışması üçün təşkil olunur.

Toyda bəy qaynanası tərəfindən qarşılanır, bəyin ayaqları yuyulur və daha sonra bal və süd təklif olunur. Bəy gəlinin paltarına görə məsuliyyət daşıyır. Gəlin ağ gəlinlik əvəzinə “sari”deyilən paltar geyinir. Gəlinlə-bəy toy yerində müqəddəs hesab olunan odun ətrafında 4 dəfə fırlanırlar və əyləşəcəkləri masaya doğru qaçmağa başlayırlar.


ŞOK: Bu ölkədə qızlara bakirə evlənmək qadağandır - FOTO
Mərakeşdə toylar adətə görə 7 gün çəkir. İlk gün gəlin süd vannası qəbul edir, daha sonra əllərinə və ayaqlarına xına qoyur. Toyda gəlinin paltarını tez-tez dəyişməsi lazımdır.

Türkmənistanda uzun illərdir ki, davam edən toy adəti bu gün də yaşadılır. 3 gün davam edən toyların birinci günü “yalan çelpek”, ikinci günü “çın çelpek” adlandırılır. Toy evinə gələn qadınlar çəlpək deyilən yuxa açırlar və sacda qovururlar. Türkmən gəlinlərinin toyda geyindiyi gəlinlik və qızılın ağırlığı təxminən gəlinin öz çəkisinə yaxınlaşır. Tək gəlinin taxdığı bəzək əşyalarının ağırlığı 36 kiloqrama çatır.

ŞOK: Bu ölkədə qızlara bakirə evlənmək qadağandır - FOTO
Bolqarıstanda isə oğlan sevdiyi qızı ailəsindən istəmək üçün qızın evinə gedir. Elçi gedən bəy “rakia” deyilən ev viskisi və “zdravet” adı verilən yaşıl çiçəklərdən kiçik bir buket aparır.

Sakit okeanda yerləşən Guam adalarında qızların bakirə evlənməsi qadağandır. Ona görə də, qızlar evlənməmişdən əvvəl pulla bakirəliklərini pozdururlar.

Siam.az
Tarix: 11-02-2017, 08:38
Xəbəri paylaş





Xəbər lenti