Ermənistan səfirliyinin maşını Moskvada qəzaya düşdü
Moskvada Ermənistanın Rusiyadakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. Bu barədə səfirliyin mətbuat katibi Levon Torqomyan bildirib.Onun sözlərinə görə, “Şeremetyevo” hava limanı yaxınlığında səfirliyə məxsus “Mercedes” markalı avtomobil “KİA” ilə toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerində Yol-Patrul Xidmətinin əməkdaşları işləyir.
Tarix: 11-02-2017, 09:42