Terrorçular ölkəni qana boyadılar
Kamikadzelər motosikletlə hospitalın yaxınlığındakı avtomobilə çırpıldıqdan sonra partlayış olub Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında güclü partlayış baş verib. Terror aktı olduğu bildirilən hadisədə 6 nəfər ölüb, 20-dən çox insan yaralanıb
. Sputnik Azərbaycan ABC-yə istinadən xəbər verir ki, terror aktı şəhərin Həyatabad xəstəxanası yaxınlığında törədilib. Terrorçu-kamikadzelər motosikletlə hospitalın yaxınlığındakı avtomobilə çırpıldıqdan sonra partlayış olub. Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Siam.az
Tarix: 16-02-2017, 07:41