ABŞ prezidenti gələn həftə yeni miqrasiya fərmanı imzalayacaq
ABŞ prezidenti Donald Tramp gələn həftə ölkənin müdafiəsinə yönəlmiş yeni miqrasiya fərmanı imzalayacağını bildirib.
Bu barədə o, mətbuat konfransında bildirib.“Biz gələn həftə xalqımızı müdafiə edəcək yeni bütöv fərman imzalayacağıq”, – deyə Tramp qeyd edib.
Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən yeddi ölkə vətəndaşının ABŞ-a girişini müvəqqəti olaraq qadağan edən əvvəlki miqrasiya fərmanının icrası məhkəmənin qərarı ilə dayandırılıb.
Tramp ötən həftə öz administrasiyasının ölkənin milli təhlükəsizliyini müdafiə etmək məqsədi ilə yeni tədbirlər hazırladığını bildirmişdi.
Tarix: 17-02-2017, 07:53