Yeniyetməyə oxşayan “vor zakon” özbəkistanlını doğradı -VİDEO
Ukraynada həbsdə olan qanuni oğru Georgi Kiladzenin istintaqı davam edir.
24.saat.org Ukrayna mətbuatına istinadən xəbər verir ki, Qeqa Ozurteqskiy ləqəbilə məşhur olan Kiladze ötən ayın 26-sı həbs olunub.
O, Özbəkistan vətəndaşına soyuq silahla ağır xəsarətlər yetirib.
Qeyd edilir ki, hadisə zamanı sərxoş olan özbəkistanlının kriminalitetə heş bir aidiyyatı yoxdur. Sadəcə özbək gecə vaxtı hay-küy salarkən uşaq sifətli qafqazlının onu sakitliyə çağırmasını aqressiv qarşılayıb. Qarşısındakı cavanın 25 yaşlı “vor zakon” olmasını ağlına gətirməyib. Nəticədə Qeqa onu doğrayaraq həyatı “başa salıb”.
İlqar Atabəyli
Tarix: 18-02-2017, 16:27