Rusiya Odessada yaşayış binasını vurub – 8 nəfər ölüb
Odessada Rusiyanın pilotsuz uçan aparatının vurduğu evin dağıntıları altından daha bir cəsəd tapılıb.
Bu barədə RBC-Ukrayna xəbər verir.
Hadisə nəticəsində ölənlərin sayı səkkizə çatıb.
“Rusiyanın çoxmərtəbəli binaya endirdiyi zərbə nəticəsində səkkizinci şəxsin meyiti dağıntılar altından tapılıb”, – xilasedicilər bildirib.
Hazırda cəsədin binanın dağıntıları altından çıxarılması istiqamətində iş aparılır.
Tarix: 3-03-2024, 10:04