KONKRET.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib.
Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Filaşkin vurğulayıb ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.