Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb
Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) ölkənin müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.
Timur İvanov azı 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinir.
Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.
Tarix: 24-04-2024, 07:39