Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin rəisi həbs olundu
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb. Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır general barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə agentlik bildirib.
APA
Tarix: 14-05-2024, 08:08