Lavrov səhvən Putinə "uzunqulaq" dedi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səhvən prezident Vladimir Putini təhqir edib. Siam.az Unikal.Az-a istinadla xəbər verir ki, XİN rəhbərinin görüntüləri Çində rus jurnalistə açıqlaması zamanı qeydə alınıb.
O, Putini Çin lideri Si Cinpinin "uzunqulağı" adlandırıb: "Qonaq sahibinin eşşəyidir. Bütün proqram onların xoş təkliflərindən asılıdır. Hər şey ev sahibindən asılıdır və biz nəzakətli insanlarıq, xüsusən də qonaq olanda".
Tarix: 18-05-2024, 12:13