İsrail Livana hücum edib, çoxlu sayda yaralı var
İsrail Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarələrin Livanın cənubunda 3 mərtəbəli binanı vurduğu bildirilir.Sur şəhərinin şərqində yerləşən bir binanın qırıcılar tərəfindən raket atəşinə tutulduğu, ilkin məlumata görə 7 nəfərin yaralandığı bildirilir. Hadisə zamanı binanın tamamilə çökmsi nəticəsində ölənlərin də olduğu istisna edilmir.
Hücumla bağlı hələ ki, nə İsrail ordusu və nə də Livan hakimiyyəti açıqlama verməyib.
Tarix: 14-06-2024, 09:26