Rusiya səfirliyi yaxınlığında partlayış

Rusiyanın Kabildəki səfirliyi yaxınlığında partlayış baş verib.
Bu barədə xarici mətbuat məlumat yayıb.
Ehtimallara görə, Əfqanıstan müxalifətinin müqavimət qüvvələri Taliban nümayəndələrinə hücum edib. Təsdiqlənməmiş məlumatlara əsasən, iki Taliban üzvü öldürülüb, biri yaralanıb. Yerli sakinlər arasında itkilərin olmadığı vurğulanır.
Mənbə: axar.az
Tarix: 25-06-2024, 22:42