DUMA, YOXSA “DURA”? - Duma sədri ilə İstintaq Komitəsi rəhbəri arasında münaqişə


Rusiya İstintaq Komitəsinin başçısı, şovinist və millətçi baxışları ilə seçilən Aleksandr Bastrıkin xarici əmək miqrantları ilə bağlı qanununu gecikdirdiyi üçün Rusiya Dumasını duma yox, “dura”(axmaq) adlandırıb.

“AzPolitika” xəbər verir ki, Bastrıkinin Rusiya mətbuatında dərc edilən çıxışında Dumanı təhqir etməsinə parlament sədri Vyaçeslav Volodin Dumanın “teleqram” kanalında sərt reaksiya verib.
Spikerin sözlərinə görə, İstintaq Komitəsinin rəhbəri parlamenti “axmaq” adlandırmaqla “xalqı təhqir edib”: "Deputatlar Rusiya Federasiyasının vətəndaşları tərəfindən seçilib. O, xalqı təhqir etdi".


Bastrıkin Rusiyada miqrasiya siyasətinin hüquqi aspektlərinə həsr olunmuş Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun ikinci sessiyası zamanı bildirib ki, “ruslar” rahat iş şəraiti yaradılarsa, əmək bazarında əcnəbiləri əvəz edə bilərlər.Onun sözlərinə görə, işəgötürənlər prioriteti ilk növbədə ruslara verilməlidir.
O, “ruslar”ın miqrantları uğurla əvəz edə bilməsi üçün maaşın ən azı 120 min rubl təyin edilməsinin lazım olduğunu deyib: “Rusların Rusiya adına işləməsinə mane olmayın. Gəlin rus xalqını sevindirək. 120 min maaş verin və ruslar gələcək, miqrantları isə qovun”.
Çıxışı zamanı toplantıdakı Dövlət Dumasının deputatına üz tutan İstintaq Komitəsinin sədri parlamentin mövcud miqrasiya vəziyyətinə və cəmiyyətdəki gərginliyə uyğun yeni qanunu nə vaxt qəbul edəcəyini soruşub: “Mən həqiqətən də bilmək istərdim ki, nə vaxt “Dövlət axmağı” tərəfindən yaxşı qanun qəbul olunacaq?”
Tarix: 28-06-2024, 11:47
Xəbəri paylaş





Xəbər lenti