"ABŞ Ukraynanın gələcəyini necə görür?" - Blinken


"Məhz güclü Ukrayna özü-özlüyündə Putinin ambisiyalarına ən qətiyyətli cavab olacaq..."
 ABŞ Dövlət katibi Ukraynanın Avropa İttifaqına daxil olması barədə danışıb
 
ABŞ Dövlət katibi Entoni Blinken Birləşmiş Ştatların Ukraynanın gələcəyini necə gördüyü barədə fikir söyləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Brukinqs İnstitutunda çıxışı zamanı bəyan edib. Məlumatı "golosameriki.com" nəşri yayıb.
 
Blinken öz çıxışında NATO-nun qarşıdakı sammitində daha çox yaxşı xəbərləri anons edib və xatırladıb ki, tammiqyaslı müharibənin əvvəlində Putin Ukraynanı dünya xəritəsindən silmək istəyib.
 
"Bu, baş verməyib və iki səbəbdən baş verməyəcək. Əlbəttə ki, bu, ilk növbədə ukraynalıların qeyri-adi igidliyi və dəyanəti səbəbindən baş verməyib. Lakin həm də Birləşmiş Ştatlar başda olmaqla 50-dən çox ölkə Ukraynaya dəstək olmaq və onu müdafiə etmək üçün birləşib", - o, deyib.
 
Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar üçün getdikcə Qərblə daha çox inteqrasiya edən, habelə hərbi, iqtisadi və demokratik cəhətdən öz ayaqları üstündə dayana bilən güclü Ukrayna böyük uğur olacaq.
 
O, həmçinin qeyd edib ki, Ukrayna özünün çəkindirmə və gələcək təcavüzdən müdafiə olunmaq potensialını inkişaf etdirməlidir. Blinken xatırladıb ki, bu yaxınlarda Kiyev bir sıra ölkələrlə təhlükəsizlik haqqında sazişlər imzalayıb.
 
"Bütün bunlar Vladimir Putinə göstərir ki, o, zamanı gözləyib yenidən Ukraynaya hücum edə bilməyəcək. O, Ukraynanın bütün tərəfdaşlarını "gözləyə bilməyəcək". Bu arada isə Ukrayna özünü təmin etmək üçün müdafiə sənayesi bazasını inkişaf etdirəcək", - o, əlavə edib.
 
Dövlət katibi məlumat verib ki, tərəfdaşlar artıq Ukraynaya özəl investisiyalar cəlb etməyə cəhd göstərir, ölkənin özü isə öz ixracını 2022-ci ilin fevral ayı səviyyəsinə çatdırmağa nail olub.
 
"Lakin vəsait ayırdığınız rayonları müdafiə etmək üçün bizim hava hücumundan müdafiə vasitələrinə malik olmağımıza əminlik
gərəkdir. Biz bu prosesdə irəliyə gedirik", - o, əlavə edib.
 
Blinken həmçinin Avropa İttifaqına daxil olmaq üçün danışıqların başlanmasını Ukraynanın öz demokratiyasını möhkəmləndirməsi və dərinləşdirməsi üçün islahatları davam etməsinə ən yaxşı zəmanət adlandırıb.
 
"Son nəticə uğurlu ölkə olmaqdır. Ukrayna yuxarıda qeyd edilən üç sahədə müstəqil olaraq özü-özlüyündə Vladimir Putinin ambisiyalarına ən qətiyyətli cavab olacaq", - o, vurğulayıb.
 
NATO-nun Vaşinqton sammiti
 
Bəlli olduğu kimi, artıq qarşıdakı həftədə NATO-nun üzv ölkələri ABŞ-da bir araya gələcək. 
 
Ukrayna prezidenti Vladimir Zelenski həmçinin bu görüşə dəvətlidir. Ukraynaya anladılıb ki, bu sammitdə o, Alyansa dəvət edilməyəcək.
 
Bundan başqa, "The Telegraph" nəşri məlumat verib ki, Almaniya və ABŞ  Ukrayna liderindən ölkələrin belə dəvətin alınması müddətlərini səsləndirməyə təkid etməməsi xahiş edilib.
Tarix: 2-07-2024, 22:25
Xəbəri paylaş





Xəbər lenti