İsrail İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir - Media

İsrail İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir - MediaBenyamin Netanyahu

İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, avqustun 4-ü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib. “Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da var idi”, - deyə yazıda qeyd edilir.
Qəzey yazır ki, görüş zamanı qeyd olunub ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.
“Axios” portalının daha əvvəl mənbələrə istinadən xəbər verdiyi kimi, ABŞ dövlət katibi Antoni Blinken “Yeddilik” qrupunun xarici işlər nazirlərinə İran və Hizbullahın yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.
Tarix: 5-08-2024, 09:50
Xəbəri paylaş





Xəbər lenti