“İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib.
Yenixeber.org: Bu barədə High-Precision Complexes holdinqi məlumat yayıb.
“Təəssüflə bildiririk ki, “İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq İvanoviç Mamalıqa 92 yaşında vəfat edib. Oleq İvanoviç bütün əmək fəaliyyətini Kolomna Maşınqayırma Konstruktor Bürosunda işləməyə həsr edib. O, Silah və hərbi texnikanın, o cümlədən ilk sovet tank əleyhinə sistemlərinin (“Şmel”, “Malyutka”), taktiki (“Toçka”) və əməliyyat-taktiki raket sistemlərinin (“Oka”, “Oka-U”, “İskəndər-M”)” hazırlanmasında iştirak edib” - holdinqin Telegram kanalında deyilir.