“Hər düşmənlə qarşılaşmağa hazırıq” – NATO baş katibi Rusiyaya meydan oxudu
“NATO bizə hücum etməyə çalışacaq hər bir düşmənlə qarşılaşmağa hazırdır”. Tribunainfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum ehtimalı ilə bağlı danışarkən deyib. O, Rusiya lideri Vladimir Putinin Ukraynada istədiyi nəticəni almasına imkan verməyəcəklərini bəyan edib.