Kamala Harris, yoxsa Donald Tramp? – Son sorğunun nəticələri açıqlandı
Noyabrın 5-də ABŞ-də baş tutacaq prezident seçkiləri ilə bağlı keçirilən son sorğunun nəticəsi elan olunub.“AzPolitika” xəbər verir ki, ABŞ-nin “New York Times” nəşri və və Siena Kolleci tərəfindən keçirilən sorğu oktyabrın 20-23 tarixlərində 2516 qeydiyyatlı seçici arasında baş tutub.
Sorğu nəticələrinə əsasən, seçkidəki iki əsas rəqibin – demokratların namizədi Kamala Harrisin və respublikaçıların namizədi Donald Trampın səs nisbəti eyni olub (48%).
Sorğuda ölkə ilə bağlı problemlərə dair suallara görə, Tramp iqtisadiyyat üzrə 52 faiz, immiqrasiya məsələsi üzrə 54 faiz səslə öndə olub. Vitse-prezident Harris isə demokratiyanın taleyi ilə bağlı 51 faiz, abort məsələsində isə 55 faiz səslə rəqibini qabaqlmaağı bacarıb.Qeyd olunub ki, seçkilərə iki həftədən az bir müddət qalmış iki rəqibin eyni səs nisbətinə sahib olması 5 noyabrda bizi gərgin bir mübarizənin gözlədiyindən xəbər verir.
Xatırladaq ki, ABŞ-də keçirilən digər cari sorğulara görə, Harris ümummilli səs payına görə Respublikaçı rəqibi Trampı, Tramp isə prezidentlik yarışında həlledici olacaq 7 kritik ştatda demokrat rəqibini cüzi fərqlə qabaqlayır.
Tarix: 26-10-2024, 13:20