Emin Əmrullayev müəllimləri təhqir etdi!...
Emin Əmrullayev gənc nəsil yaşlı nəsildən savadlıdır deyir. Amma nəzərə almır ki, indiki dövr informasiya əsridir və informasiyalar bu dövrə xasdır. Əvvəlki illərdə varmış da müəllimlər özləri öyrənməmişlər kimi düşünmək gülüncdür.
İkinci məsələ informasiyalar indi əlçatandır. Bütün məlumatlar çox asan əldə edilir. Əvvəlki kimi məlumatları bütün gün mühazirələri yazmaq, kitab axtarmaq, paylaşmaq yoxdur. Hər şey əldədir.
Üçüncü məsələ təcrübə məsələsidir. Hər nə qədər yeni təhsil sistemindən danışsanız da bünövrə hər zaman önəmlidir. Amma bizim təhsil sistemində heç kim artıq metodikanı saymır. Sadəcə pul necə qazanağa necə köklənib hansı ki illərin təcrübəsini yoxa sayırlar. Ona görə də heç vaxt uğur qazana bilməyəcəklər.
Dördüncü məsələ isə əvvəlki nəsillə indiki nəsil arasında kəskin tərbiyə fərqi var. Bu gün metroda, avtobusda, yolda, ailədə biz ancaq yaşlı nəslin tərbiyəsini müşahidə edirik. Gənc nəsil təkəbbürlü, eqoist hərəkətləri ilə diqqəti cəlb edir. Bütün xoşagəlməzliklərin başında dururlar.
Beşinci məsələ isə, Respublika birinciləri madam ki, heç bir kommunal sistemi olmayan, internet nədir bilməyən, sosiallıqla heç bir aidiyyatı olmayan yerdən çıxır. Demək ki, iddia edib bu dövrün və lazımsız layihələrin əhəmiyyətindən danışmaq boşdur, mənasızdır.
Tarix: 6-12-2024, 21:23