Çıxışında rayon rəhbəri rayonun kənd təsərrüfatı sahəsində əldə etdiyi nəticələrdən də
danışıb. Qeyd edib ki, kənd əməkçiləri bu il 11628,7 ton taxıl, 7013,29 ton pambıq, 300
qutudan dövlətə 9272 ton barama, 3883,7 ton şəkər çuğunduru təhvil veriblər.
İcra başçısı bildirib ki, 2024-cü ildə sevincli günlərimizlə yanaşı kədərli günlərimiz də
oldu Azərbaycana məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması
bütün xalqımızı sarsıtdı. Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 26
dekadr matəm günü kimi təqvimə düşdü. Qəzada həlak olanların ailəsinə dərin hüznlə
başsağlığı verir, onlara Ulu Tanrıdan rəhmət diləyirik.
Rayon rəhbəri qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində
tarixi zəfərimiz və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror
əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş,
Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün
ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19
sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə
konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul
edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq,
Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Bu gün Azərbaycan Respublikası Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına
əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqallar şurasının sədri
Faiq Məmmədov və Şıxarx 1 nömrəli tam orta məktəbin direktoru Vəfa Quliyeva çıxış
edərək tədbir iştirakcılarını bayramlar münasibəti ilə təbrik ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs rayon
icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman, gənc idmançılar isə
qazandıqları uğurlara görə təşəkkürnamə ilə təltif olunublar.
