Belə ki, parkın ərazisində Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi, Z. Qəmbərov küçəsində inşa edildiyi sahibkarlıq obiyektinin qanunsuz yollarla sənədləşməsinin üstü açılıb. Ümumi istifadəyə yararlı olan torpaq sahəsi heç bir halda vətəndaşın mülkiyətinə verilə bilməz. Əldə etdiyimiz məlumatlara görə sahibkar Nəbiyev Razin Mustafa oğluna məxsüs obiyekt Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz hesab edilərək müraciəti əsassız hesab etmişdir.

Məlumata görə, istər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, istərsədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir halda dövlət başçısı İlham Əliyevin sərəncamına qarşı çıxmaq, qanunla nəzərdə tutulan mülkiyyət hüquqları çərçivəsində vətəndaşa məsələnin mahiyyətini izah etmək bir başa vəzifə borcudur.Dosye.org
Mövzüya qayıdacayıq.