Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunu niyə ödəmir?-Rəsmi araşdırma
“Crystal Group of Companies” ASC-nin tərkibinə daxil olan “Crystal Beton” QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
XALQ.AZ-ın məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 290948.39 AZN-dir.

Bildirək ki, nizamnamə kapitalı 136745.80 AZN olan “Crystal Group of Companies” ASC-nin qanuni təmsilçisi Baxış Əliyev Akif oğludur.

Əldə etdiyimiz məlumata görə, bir çox tenderlərin qalibi olmuş “Crystal Group of Companies” ASC Milli Məclisin deputatı Ağalar Vəliyev himayəsində fəaliyyət göstərir. Crystal Group of Companies” ASC-nin müşahidə şurasının sədri deputatın oğlu Pərviz Vəliyevdir.
Qeyd edək ki, “Kristal Abşeron” şirkətidə “Crystal Group of Companies” ASC-nə daxildir və şirkət haqqında bir çox sosial hesablarda və ölkə mətbuatında mütəmadi şikayətlər yayımlanır.

Vergi borcu və digər məsələrlə bağlı “Crystal Group of Companies” ASC heç bir açıqlama almaq mümkün olmadı.
Adları keçənlərində açıqlamasını dərc etməyə hazırıq.
Tarix: 19-02-2025, 12:42