Erməni ordusu Qarabağda əsgər itirdi
Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan ərazilərində növbəti itkisini verib.Musavat.com bununla bağlı Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə, 18 fevral saat 11.45-də işğalçı ordunun əsgəri 19 yaşlı Lernik Osyan məhv edilib. Hadisə cəbhənin cənub istiqamətində baş verib. Dağlıq Qarabağdakı separatçı rejim ölüm hadisəsinin səbəblərinin araşdırıldığını bildirib.
Cavid TURAN
Tarix: 18-02-2017, 15:57