Məktəb direktorlarının təyin olunmasında yeni qaydalar - Ölkə təhsilinə ləkədir - Nazirliyin oyunları
Təhsil Naziri Mikayıl Cabbarov tərəfindən ümumtəhsil məktəblərinə direktor vəzifəsinə işə qəbul qaydaları təsdiq olundu.
Bu qaydaların əvvəlkidən bir sıra fərqləri var və biz bunları bir qismini ayrılıqda analiz edək:1.Əvvəlki qaydada 60 yaşdan yuxarı şəxslərin müsabiqəyə buraxılmaması nəzərdə tutulurdu. Hazırki qaydalarda minimum və maksimum yaş həddi götürülüb. Belə çıxır ki 5 il pedaqoji stajı olan və hazırda məktəbdə işləyən istənilən müəllim müsabiqədə iştirak edə bilər. Çalışmanın son yaş həddinə bir-neçə il qalmış müəllimin direktor təyin olunmasına yol açan bu yenilik lazımsızdır və yəqin ki praktiki əhəmiyyəti olmayacaq.
2. Yeni qaydada nöqsanlara görə işdən azad olunan məktəb rəhbərləri müsabiqədə iştirak edə bilməzlər. Bu yaxşı yenilikdir. Lakin indiyə qədər işdən azad olunan demək olar ki heç bir direktor və müavinin nöqsanlara görə işdən azad olunması rəsmiləşməyib. Rəsmən ərizəsinə əsasən işdən azad edililməsi qeyd edilib. Hətta təcrübəli və peşəkar bir işçi də işində nöqsan buraxa və işdən azad oluna bilər. Bəzi nöqsanlara görə işdən azad olunan məktəb rəhbərlərinin vəzifədə təmsil olunmaq hüququnu məhdudlaşdırmaq antikonstitusiondur.
3.Yeni qaydada elektron ərizəsi təsdiq olunmuş namizəd imtahanın test mərhələsinə birbaşa buraxılmır. Əvvəl namizəd haqqında məlumat Təhsil Şöbəsinə göndərilir. Onlar müsbət rəy verəndən sonra namizəd test mərhələsinə buraxılır. Bu o deməkdir ki Təhsil Şöbəsi və yerli icra hakimiyyəti orqanları onların qeyri-rəsmi maraqlarına uyğun gəlməyən namizəd haqqında mənfi rəy verməklə onların müsabiqənin test və esse mərhələsində iştirakını əngəlıəcəyəklər. Bu yenilik hətta namizədlə imtahana buraxılmaq üçün müsbət rəy vermək barədə qanunsuz sövdələşməyə da yol açır. Əvvəlki qaydaya uyğun məktəbin istedalı müəllimləri imtahanda yüksək bal toplayıb müsahibə mərhələsində məğlub olsa da heç olmazsa, bilikli olduqlarını nümayiş etdirmək imkanına malik idilər.
4.Yeni qaydaya uyğun namizədə 40 qapalı test və esse yazmaq təklif ediləcək. Həm də esse hökmən kompüter vasitəsi ilə yazılmalıdır. Hər bir testə 1 və esseyə 20 bal veriləcək. Lakin əvvəlki qaydaya uyğun 60 açıq test və esse yamaq təklif olunurdu. Esse yalnız müsahibə mərhələsində nəzərə alınsa da ciddi əhəmiyyətə malik deyildi. Lakin hazırda esse nə az nə çox düz 20 balla qiymətləndiriləcək. Esseyə testlə müqayisədə bu qədər yüksək balın verilməsi qeyri-obyektivliyə xidmət edəcək. Testdən yüksək bal toplayan namizəd heç cür yazdığı esseyə az bal verildiyinin və ya testdən az bal toplayan namizədin yazdığı esseyə yüksək bal verildiyinin səbəb və meyarını öyrənə bilməyəcək. Bu da müsabiqə komissiyasına qeyri-obyektiv işləməyə şərait yaracacaq.
5. Yeni qaydaya görə test, esse və hətta müsahibə mərhələsinə görə belə bal ayrılqıda veriləcək və bunların hər birinə görə keçid balı müəyyən ediləcək. Yəni test istisna olmaqla esse və müsahibədə namzidin balı azaldıla və ya artırıla bilər. Axırıncı mərhələ olan müsahibə mərhələsinə belə balın verilməsi absurddur. Bu azmış kimi esse və müsahibə mərhələsi üçün keçid balının müəyyən ediləcəyi və hətta qapalı testdən yüksək bal toplayan namizədin esse və müsahibə mərhələsində minimum balı toplaya bilməməsi ehtimalı yaranır. Ya da ki əksinə, test mərhələsində aşağı bal toplayan namizədə esse və müsahibə mərhələsində yüksək bal verməklə onun ümumi balını yüksəltmək imkanı yaranır müsabiqə komissiyasına.
6. Bu qaydalarda keçid balını toplayan lakin işə təyin olunmayan namizədlər 2 il müddətində ehtiyat kadrlar kimi bazada saxlanılıacaq. Yəni direktr vəzifəsi il ərzində boşalan kimi bu namizədlərdən direktor təyin edəcəklər. Bu da Təhsil Şöbəsi və yerli icra hakimiyyəti orqanlarına nəyinsə müqabilində bu insanlara vəzifə vermək imkanı yaratmaqdır. Bu qaydaya uyğun əgər işlədiyin məktəbdə direktor vəzifəsi boşalıbsa ora ehtiyat namizəddən biri təyin ediləcək və həmin məktəbin müəllim və məktəb rəhbəri imtahandan keçməsinə imkan verilməyəcək.
7.Direktorların bir məktəbdən digərinə yerdəyişməsininə Təhsil Şöbələri ilə yanaşı Ərazi Maliyyə Hesablama Mərkəzlərinin də rəyi nəzərə alınacaq. Bunu heç cür anlamaq olmur. Direktorun yerini dəyişməyin maliyyələşməyə nə dəxli? Yəni maliyyə idarəsi üçün sərfəli namzidədin yeri dəyişdirləcək? Məktəb direktoru təyin edən zaman pedaqoji meyarlar yoxsa mühasiblərin qoyduğu meyarlar nəzərə alınacaq? Bu qaydalar ölkə təhsilinə ləkədir. Əvvəlki qaydada qusur olsa da daha obyektiv idi.
Heç olmazsa namizədə özünü sınamaq imkanı veridi. Ölkə təhsilinə rəhbərlik edən bir-neçə intellektual qeyri-pedaqoqun ölkə təhsilinə əsas meyar kimi hüquq və maliyyəni hesab etməsinin axırı bundan artıq olmamalı idi. Təhsil Nazirliyin əvəvlki qaydalara uyğun müsabiqədən yüksək bal toplayan namizədlərin yerli icra hakimiyyəti və təhsil idarəetmə orqanlarının mənfi rəyi hesabına təyinatdan kənara qalması biabırçılığını yeni qaydalarla kompensasiya etmək cəhdi daha böyük biabırçılığa yol açacağına səbəb olacağının fərqində deyil.
Rabil ABDİNOV //Faktor.az
Tarix: 16-03-2017, 14:09