Qarabağda böyük müharibə olacaq - ABŞ kəşfiyyatı VAXT AÇIQLADI
ABŞ Milli Kəşfiyyat Agentliyi 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artacağını açıqlayıb.
Siam.az Publika.az-a istinadən xəbər verir ki, agentliyin direktoru Daniel Kouts dünyada artan risklərlə bağlı hesabatı bu gün Konqresə təqdim edib.Agentliyin hesabatında deyilir ki, 2017-ci ildə Dağlıq Qarabağda hərbi toqquşmaların yenilənməsi riskləri yüksəkdir.
“Dağlıq Qarabağ zonasında Ermənistan və Azərbaycan arasında gərginlik 2016-cı ilin aprelində baş verdi. Tərəflərin güzəştə getmək istəməməsi və daxili təzyiqlərin artması nəticəsində münaqişə zonasında 2017-ci ildə hərbi toqquşmaların yenilənməsi riski böyükdür”, - deyə hesabatda bildirilir.
Siam.az
Tarix: 11-05-2017, 23:16