Turistin gördüyü zibillik... - Dağüstü parkdan xoş olmayan mənzərə
Bakının düz mərkəzində, Dağüstü Parkdakı zibilliklər təkcə paytaxt sakinlərini deyil, turistləri də təəccübləndirib.Siam.az xəbər verir ki, bu barədə parkda istirahət edənlər Qafqazinfo-ya məlumat verib.
Onlar qeyd edib ki, təpəciklər zir-zibillə doludur: “Bu isə Bakının mərkəzi istirahət yerlərindən olan Dağüstü Parka heç yaraşmır. Axı şəhərimizdə sakinlərdən başqa, çoxlu turistlər də var”.
Tarix: 19-07-2017, 11:41