Ev alan saxta jurnalistlərin siyahısı – VÜQAR SƏFƏRLİNİN KATİBƏSİNƏ DƏ EV VERİB
24Ssaat.org saytı xəbər verir ki, jurnalistlər üçün tikilən və artıq paylanılan ikinci binada da birincisində olduğu kimi müəmmalı və ziddiyyətli şəxslərə ev verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bildirmişdi ki, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair tikilən binadan ev əldə edə bilməz.Lakin saytımızın apardığı dəqiqləşdirmə zamanı məlum olub ki, Vüqar Səfərlinin dediklərinin əksinə olaraq 15 nəfər texniki işçiyə həmin binadan ev verilib.
Qanunda nəzərdə tutulmayan, lakin müəmmalı şəkildə ev əldə edən şəxslərin siyahısını təqdim edirik:
1. Tağıyeva İradə Abutalıb qızı Azərbaycan Dövlət İnformasiya Agentliyi (Katibə)
2. Bağırov Mamed Abbas oğlu “Səs” İnformasiya Agentliyi ( Texniki işçi)
3. Yusifzadə Rasim Elxan oğlu AR Prezidentinin Mətbuat Xidməti
4. Yaqubova Təhminə Davud qızı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ( Vüqar Səfərlinin katibəsi)
5. Rüstəmov Əvəz Cahangir oğlu Mətbuat Şurası ( 4 vəzifəsi var )
6. Nəsirov Akif Təvəkkül oğlu Milli Məclisin Mətbuat Xidməti
7. Miraləm Elşad Mircavad oğlu Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidməti (Bir neçə evinin olduğu bildirilir)
8. Məmmədova Səmayə Tofiq qızı Gənclər və İdman Nazirliyi Mətbuat xidməti ( Evi var)
9. Məhəmmədov Kənan Tofiq oğlu
Məhərrəmova Günay Novruz qızı AR Prezidentinin Mətbuat Xidməti
10. İbrahimova İradə Tahir qızı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat xidməti
11. Həsənov Bəhruz İmran oğlu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi
12. Fərzəliyev Zülfüqar İslam oğlu Milli Elmlər Akademiyası İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsi
13. Əliyev Yusif Lətif oğlu “Haqqin.az” saytı (sürücü)
14. Eminbəyli Şakir Vəfa oğlu Rusiyanın “Rossiya – 24” telekanalının Azərbaycandakı nümayəndəsi
15. Cəfərova Səriyyə Müslüm qızı Erməni Təcavüzünün Tanıdılması İB
Tarix: 22-07-2017, 09:59