KİVDF-də nələr baş verir? - Redaktorlar Akif Aşırlı ilə Aqil Ələsgər faktlardan danışır



Bu gün Musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da KİVDF səviyyəsində baş verən maxinasiyalar, eks direktor Vüqar Səfərliyə qarşı açılan cinayət işi müzakirə olunacaq. Mətbuat bu illərdə, bu prosesdən nələr itirib? Ortaya çıxmayan hansı məqamlar var? Mənzillərin paylanması, mətbuata ayrılan vəsaitlər istiqamətində bilinməyən hansı pozuntular var?


Saat 12.00-də başlanacaq yayında  "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər sadalanan mövzuları müzakirə edəcək. Müzakirədə  dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz. 
Youtubedəki səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebookdakı səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/



Tarix: 18-06-2020, 12:47




Xəbər lenti