Türkiyədə helikopter qəzası: 5 hərbçi öldü
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.azsiam.info xəbər verir ki, məlumata görə, həlak olanlardan biri təlim komandiridir.
Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.
Qəza nəticəsində 5 nəfər həlak olub.
Digər ekipaj üzvlərinin axtarışı davam edir.
Tarix: 9-12-2024, 13:23