Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə + VİDEO

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova məxsus olan nəhəng parnikdə yanğın baş verib.Mia.az xəbər verir ki, hadisə bu gün İmişlidə - Araz çayının kənarında yaşanıb.
Yayılan videodan görünür ki, parnikdə çox güclü yanğın başlayıb.
Xatırladaq ki, Salaeh Səmədov İmişlidə spirt/konyak zavodundan tutmuş, çox obyektlərə sahiblənib. Onun Rusiyaya qədər uzanan geniş biznesi var.
Yanğına aşağıdakı videodan baxa bilərsiniz:
Tarix: 26-12-2024, 22:00