Bakıdan Minvoda uçan təyyarə təcili geri döndü
"Təyyarə vaxtında uçdu, ancaq saat 10:13-də geri döndü. Bu gün üçün reys ləğv edildi. Səbəbi məlum deyil", - hava limanının nümayəndəsi Turan agentliyinə bildirib. Reysin daha sonra baş tutub-tutmayacağı məlum deyil.
Qeyd edək ki, Ukrayna dronlarının hücumları ilə əlaqədar cümə günü səhərdən Rusiyanın bir çox hava limanı bağlanıb.
Tarix: 27-12-2024, 12:38