Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtr vasitəsilə təmizlənmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
