Tanınmış azərbaycanlı reper 6 kq narkotiklə SAXLANILDI - FOTO

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarovu saxlayıb. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
azsiam.info bildirir ki, Kult.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Anar Niftəliyev RG təxəllüslü məşhur reperdir.
Tarix: 27-01-2025, 22:54