Bu şəxs azərbaycanlı qadınları Türkiyəyə aparıb…
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymuş Balakən rayon sakini saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Millətinsəsi.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Balakən rayon sakini Niyar Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.
O, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Tarix: 16-01-2017, 23:17