Xaçmaz rayon sakininə qarşı 64 min manatlıq dələduzluq edilib
Xaçmaz rayon sakininə qarşı 64 500 manat dələduzluq edilib."Report"un xəbərinə görə, Xaçmaz rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Əhmədov hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib ki, 2016-cı ilin sentyabr ayında ona qarşı dələduzluq edilib. Y.Əhmədov qeyd edib ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Ramin Teymurov onu aldadıb 64 500 manat pulunu alıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 20-01-2017, 20:56