Şamaxıda qardaş bacısını boğaraq öldürüb
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.
Hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
(apa)
Tarix: 23-01-2017, 13:44