Bandotdel əməliyyat keçirdi:QADINLARI ŞANTAJ EDƏN DƏSTƏ TUTULDU
Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Bakı şəhər sakinləri olan 2 nəfər qadın barədə rüsvayedici məlumatlar yayacaqları ilə hədələyib onlardan 1000 manat pul almaqda şübhəli bilinən paytaxt sakinləri Ceyhun Həmidov, Ədil Maqsudov, Comərd Həmzəyev, Bəxtiyar Ağayev və qardaşı Tural tutulublar.Faktla əlaqədar cinayət işi başlanılıb.
Anar
Tarix: 26-01-2017, 16:50