"Oskar" nəşriyyatının direktoru məşuqəsi ilə birlikdə dəm qazında boğuldu
Dünən Xaçmaz rayonunun Qarabağlı kəndində iş yoldaşı olan qadınla dəm qazından boğularaq ölən Namiq Tağıyevin nəşriyyat-poliqrafiya sahəsində bizneslə məşğul olduğu məlum olub. Kənd sakinləri Lent.az-a bildirib ki, N.Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş.
Bildirilib ki, N.Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb. O, bir neçə il əvvəl "Oskar" Nəşriyyat-Polqrafiya Mərkəzini yaradıb və onun direktoru olub. Məlum hadisədə N.Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb. N.Tağıyev evli imiş, onunla birlikdə həyatını itirən qadın isə subay olub.

* * *12:10
Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.
APA-nın verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakinləri-1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüblər.
Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 29-01-2017, 18:25