Gədəbəydə dəhşət - Ər arvadını döyüb, öldürdü
Gədəbəydə qətl olub.APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Zəhçət kəndində qeydə alınıb.
Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.
Qətlə yetirilən qadın 3 övlad anası olub.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Tarix: 5-02-2017, 20:41