Bakıda qadın ərini bıçaqladı, sonra “Təcili yardım”a zəng vurdu
Bakıda qadın 41 yaşlı ərini bıçaqlayıb.
Siam.az "Report"-a istinadən bildirir ki , hadisə Sabunçu rayonunda qeydə alınıb.Belə ki, Bilgəh qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən evdə 41 yaşlı E.S. həyat yoldaşı (hələlik adı bilinmir) ilə mübahisə edib. Mübahisə zamanı qadın E.S.-in kürək və qol nahiyələrinə iki bıçaq zərbəsi vurub. E.S.-in çoxlu qan itirdiyini görən qadın "Təcili yardım" xidmətinə müraciət edib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Siam.az
Tarix: 13-02-2017, 14:29