Bakını QAN GÖLÜNƏ çevirmək istəyən terrorçu-ÖLDÜRÜLDÜ
Azərbaycanı hədələyən terrorçu məhv edildi
Fevralın 5-də youtube-da İŞİD terrorçusunun Azərbaycan auditoriyasına ünvanlanmış video-müraciəti yayılmışdı. Öz video-müraciətində terrorçu Azərbaycanda teraktlar və xarici turistlərin öldürüləcəkləri təhdidi ilə çıxış edirdi.
Terrorçu, Üsamə bin Ladeni yamsılayaraq, divarın yanına qoyulmuş iki "Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını hədələyirdi.
Miq.Az Virtualaz.org-a istinadən xəbər verir ki, dünən gecə "feysbuk” sosial şəbəkəsində bu terrorçunun cəsədinin şəkli yayılıb. Çıxışın və bu terrorçunun məhv edilməsinin dəqiq tarixləri məlum deyil. Tamamilə mümkündür ki, öz video-müraciətini o, sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.
Tarix: 15-02-2017, 10:47