Azərbaycanda 7 qız uşağı cinayət məsuliyyətinə cəlb olunub - RƏSMİ
Ötən il Azərbaycan Respublikası ərazisində 26 611 cinayət faktı qeydə alınıb.Bu haqda Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Rəsmi məlumata görə, 2016-cı il ərzində cinayət törətmiş şəxslərin sayı 16 676 nəfər olub ki, onlardan da 15 650 nəfəri kişiləri, 1 036 nəfəri qadınlar olub:
“Cinayət törətmiş 14-18 yaşınadək uşaqların sayı 442 nəfərdir. Onlardan 436 nəfəri oğlanlar, 7 nəfəri qızlardır”.
Gülşən RAUFQIZI
Tarix: 20-02-2017, 10:10