Bakıda zavodda dəhşət: beton qarışdıran qurğunun içinə düşüb öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsində Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda işləyən 1967-ci il təvəllüdlü Hümbətov Nurəddin Yaşar oğlu betonqarışdıran qurğunun içinə düşərək ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
Tarix: 1-03-2017, 13:41