Lənkəranda evə basqın olub, evin sahibi ağır yaralanıb.
Lənkəranda evə girən oğrular ev sahibini ağır yaralayaraq qaçıblar. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Xulmili kəndində, 1950-ci il təvəllüdlü Vahab Səfərov Xalıq oğluna məxsus evdə baş verib.
Ev sahibi oğrulara müqavimət göstərərkən küt alətlə başından vurulub. Hadisədən dərhal sonra yaralı Lənkəran Rayon Mərkəzi xəstəxanasına gətirilib. Güclü kəllə-beyin travması alan V.Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.
Hələ ki hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Tarix: 18-03-2017, 08:56