Vaşinqtonun yaxınlığında evdə partlayış baş verib
ABŞ paytaxtı Vaşinqtonun ətrafında güclü partlayış nəticəsində fərdi ev tamamilə dağılıb.“RİA Novosti” xəbər verir ki, polis hazırda uçmuş evin yeganə sakinini axtarır, onun partlayış zamanı evdə olub-olmaması məlum deyil.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Məlumata görə, insidentin baş verdiyi gün evin hərracda satışa çıxarılması planlaşdırıbmış.
Tarix: 19-03-2017, 09:14