"Qanlıgöl”də ailə FACİƏSİ: Qısqanc ər arvadını öldürdü
Bakıda qətl törədilib.
Siam.az apa-ya istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hadisə "Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəmnində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.
Hadisəni törədən Ə. Quliyev saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Siam.az
Tarix: 24-03-2017, 10:43