Bərdə sakini çayxanada həmkəndlisini bıçaqlayıb
Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.Rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M.İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)
Tarix: 2-04-2017, 20:00