Ərinin ikinci arvadı və öz qızı tərəfindən döyüldü
Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb. “Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qəsəbə sakini 1976-cı il təvəllüdlü Məmmədova İlhamə Mehman qızı həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyüldüyünü bildirib. Xəstəxanadan verilən məlumata görə, İ. Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub həyati təhlükəsi yoxdur.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başlanıb.
Tarix: 4-04-2017, 23:03