Bakı-Qazax yolunda MİKROAVTOBUS AŞDI: Yaralılar var
Bakı-Qazax yolunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.az xəbər verir ki, hadisə yolun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes Vita" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə 7 nəfər, 2 qadın, 5 kişi xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına a yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//apa
Tarix: 19-04-2017, 23:17