"Azəriqaz" Bakını qazsız qoydu: Əhali əlacsız qalıb
Artıq bir neçə gündür ki, Bakıda təbii qaz verilişində məhdudliyyətlər yaranıb. AZXEBER.COM-un məlumatına görə, Bakının Binəqədi, Nəsimi, Suraxanı, Yasamal, Xətai və Sabunçu rayonunda təbii qazın verilməsində problem yaranıb.
Sakinlərin sözlərinə görə, bir neçə gündür ki, qaz səhər saatlarından etibarən kəsilir, axşam 18:00-dan sonra verilir.
Sakinlərin daha bir şikayəti isə "Azəriqaz İB-in qaynar xətti kimi fəaliyyət göstərən 185 və 104 nömrələri ilə bağlı olub. Əhali problemlə bağlı bu nömrələrə zəng etsə də, kobud cavabla üzləşiblər: "Buna görə bizə zəng etməyin, qazın nə vaxt gələcəyini bilmirik".
Məsələylə bağlı "Azəriqaz" İB-lə əlaqə saxlasaq da, mətbuat xidməti də telefonlara cavab vermədi.
Tarix: 25-04-2017, 23:27